- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 15.07.2024 11:08
Bu ilin yanavar-iyun aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2459,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9% artıb.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında ağ neft istehsalı 10,2%, neft bitumu istehsalı 3,3%, avtomobil benzininin istehsalı 2,1% artıb, mazut istehsalı isə 75% azalıb.
Neft məhsullarının istehsalı sahəsində istehsal edilmiş əsas məhsullar:
Məhsul növləri
2024-cü ilin yanvar-iyun aylarında istehsal edilmişdir
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
01.07.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı
Avtomobil benzini, min ton
715,3
102,1
26,0
Ağ neft, min ton
312,2
110,2
46,0
Qazoyllar (dizel yanacağı), min ton
1157,8
100,3
98,7
Mazut, min ton
1,0
25,0
1,0
Sürtkü yağları, min ton
32,8
104,8
6,5
Maye qazlar, min ton
93,7
76,7
1,9
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton
548,5
103,3
50,6
ondan:
neft bitumu, min ton
115,0
103,3
7,2
neft koksu, min ton
111,1
88,5
37,8