- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 15.07.2024 13:10
Kreml Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqı liderlərinə göndərdiyi Ukrayna ilə bağlı sülh planının təfərrüatlarından xəbərsizdir.
APA-nın Moskva müxbiri xəbər ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kremlə Macarıstanın Baş naziri Orbanın Aİ liderlərinə göndərdiyi Ukrayna ilə bağlı sülh planının təfərrüatları məlum deyil.
"Təbii ki, Moskvada təmaslar zamanı cənab Orban öz baxışının əsas parametrlərini açıqladı. Amma Aİ liderlərinin daxili yazışmalarında nədən bəhs edildiyini bilmirik. Ola bilsin ki, bizim xəbərimiz olmayan nüanslar var. Biz cənab Orbanın ümumi yanaşmasını bilirik", deyə Kremlin sözçüsü vurğulayıb.