- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 16.07.2024 08:10
ABŞ-ın vitse-prezidenti Kamala Harris öz yerinə namizəd olan Ohayo ştatının senatoru Ceyms Devid Vensi debata dəvət edib.
APA xəbər verir ki, bu barədə iyulun 15-də “Politico” nəşri ABŞ prezidenti Co Baydenin seçki qərargahının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Kamala Harris əvvəlcə Vensə zəng edərək onu Donald Trampın namizədi olması münasibətilə təbrik edib. Mənbə Harrisin tərəflərin CBS News tərəfindən təklif olunan vitse-prezidentlərin debatında görüşə biləcəyinə ümid etdiyini bildirib.
Qeyd olunur ki, debat ya iyulun 23-də, ya da avqustun 13-də keçirilə bilər. Baydenin kampaniyası tədbirin keçirilməsinə razılıq verib. Tramp tərəfi də imtina etməyib.