22,4 min nəfərə proaktiv pensiya təyinatı aparılıb

Tarix: 16.07.2024 10:16

2024-cü ilin yanvar-iyun ayları ərzində 22,4 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onların 59,3%-ni kişilər, 40,7%-ni isə qadınlar təşkil edib.

Xəbər Lenti