Cümə axşamı, 5 Noyabr, 2026
Tarix: 05 Nov 2026 14:30
Hörmüz boğazının şərqində daha bir tanker yanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İran ordusunun Hərbi Dəniz Qüvvələri bu gün səhər saatlarında Hörmüz boğazının şərqindəki hərəkət edən qayda pozuntusuna yol vermiş neft tankerinin dəniz minasına düşərək yanması və hərəkətsiz qalması barədə məlumat yayıb.
Bildirilib ki, bu tanker də son günlər dəniz minalarına düşərək yanmış digər tankerlər kimi, aşkarlama və naviqasiya sistemlərini söndürüb.
İran ordusunun Hərbi Dəniz Qüvvələri gəmilərin sahiblərinə bir daha xəbərdarlıq edərək, koordinasiya olmadan hərəkət etməyə cəhd göstərən qayda pozuntusuna yol vermiş gəmilər üçün Hörmüz boğazının təhlükəli və bağlı olduğunu bildirib.
Haşim Rahimi Hörmüz boğazı tankerMənbə: apa.az