- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 16.07.2024 23:00
Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.
APA xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.
"İclasda iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr apardıq", - deyə nazir müavini qeyd edib.