Bu ilin I yarısında əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı açıqlanıb

Tarix: 18.07.2024 11:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyun aylarında əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 4,3 mini təkərli oturacaq (o cümlədən 140-ı mühərrikli təkərli oturacaq), 1,2 min aşağı və yuxarı ətraf, habelə 1,3 min eşitmə aparatı, 1,4 min qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 4,6 min cüt protez və ortopedik ayaqqabı, 49 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 6 ayı ərzində ümumilikdə 7,7 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Xəbər Lenti