Bazar, 8 Noyabr, 2026
Tarix: 08 Nov 2026 15:15
İspaniyanın Araqon muxtar bölgəsində keçirilən hərbi təlim zamanı əsgər həyatını itirib.
APA xəbər verir ki, bu barədə İspaniyanın Quru Qoşunları “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, hadisə “San-Qreqorio” hərbi təlim mərkəzində baş verib. Əsgər təlim zamanı baş verən bədbəxt hadisə nəticəsində ölüb.
İspaniyanın Müdafiə Nazirliyi də hərbçinin ölümü ilə bağlı başsağlığı verib.
Hadisənin başvermə səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.
İspaniya Araqon hərbi təlim əsgər ölümü bədbəxt hadisə San-Qreqorio İspaniya ordusu Müdafiə Nazirliyi
Mənbə: apa.az