Bazar, 8 Noyabr, 2026
Tarix: 08 Nov 2026 16:45
Noyabrın 8-i saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə yağıntılar intensiv xarakter daşıyır.
Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında, Şahbuz, Culfa, Gədəbəy, Zaqatala, Oğuz, Şamaxı, Qobustan, Göyçay, İsmayıllı, Ağdam, Altıağac, Quba, Qusar, Xaltan, Kürdəmir, Sabirabad, Saatlı, Lənkəran, Astara, Tərtər, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli və Goranboyda arabir yağış yağır.
Şahdağ, Xınalıq, Gədəbəy, Daşkəsən və Qax rayonunun Sarıbaş kəndində isə qar yağması müşahidə olunur.
Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti saniyədə 24 metrə çatır.
hava proqnozu faktiki hava Milli Hidrometeorologiya Xidməti yağış qar güclü külək Bakı Abşeron Şahdağ Xınalıq Daşkəsən Gədəbəy hava şəraiti
Mənbə: apa.az