Bazar, 8 Noyabr, 2026
Tarix: 08 Nov 2026 16:12
“Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq”.
APA xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.
Dövlət başçısı artıq bir ildən çoxdur Ermənistanla Azərbaycanın sülh sazişini parafladığını, amma hələ ki, son imzanın atılmadığını diqqətə çatdırıb.
Mənbə: apa.az