Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir

Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir

Tarix: 08 Nov 2026 18:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

APA xəbər verir ki, Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümünü Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Şuşada qeyd etməkdən məmnunluğunu ifadə edib.

“Altı il əvvəl qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı qələbə Azərbaycanın haqq işinin ən gözəl təzahürü və bütün Türk dünyasının qürur mənbəyi olmaqda davam edir”, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyub.

“Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan qələbəni davamlı sülh və sabitliklə möhkəmləndirməkdir. Biz Azərbaycanın haqq mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə davamlı sülhün bərqərar olması istiqamətində səmimi səylərini də dəstəkləyirik”, – deyə o vurğulayıb.

Türkiyə Prezidenti Qarabağın yenidən qurulması və bölgənin əvvəlki həyatına qovuşdurulması istiqamətində Azərbaycanın həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini bildirib.

“Qarabağda yenidən yanan hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər tarixi irs nümunəsi Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”, – deyə Ərdoğan əlavə edib.

Firuzə Vahid Rəcəb Tayyib Ərdoğan İlham Əliyev Türkiyə Azərbaycan Qarabağ Zəfəri Zəfər Günü Şuşa 8 Noyabr Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətləri Cənubi Qafqaz sülh Qarabağın bərpası
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir

Mənbə: apa.az

Xəbər Lenti