Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə rəis təyin edilib

Tarix: 19.07.2024 11:08

Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinə rəis təyin edilib.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Ədliyyə nazirinin müvafiq əmri ilə Elçin Nəsibov Nazirliyin Qanunvericilik baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Elçin Nəsibov əmək fəaliyyətinə 1997-ci ildə Ədliyyə Nazirliyində başlayıb, müxtəlif vəzifələrdə çalışaraq qanunvericilik aktlarının layihələrinin hazırlanmasında, layihələr üzrə rəylərin verilməsində bilavasitə iştirak edib.

2006-2017-ci illərdə Qanunvericilik baş idarəsinin İnzibati və hərbi normativ aktlar idarəsinin rəisi, 2017-ci ildən bu vəzifəyə təyin olunanadək isə Qanunvericilik baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə”, eləcə də 2012-ci ildə “Ədliyyə sahəsində fərqlənməyə görə” medalları ilə, 2019-cu ildə “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)”, 2020-ci ildə isə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif edilib.

Xəbər Lenti