“Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib

“Barselona”nın futbolçusu Avropanın ən yaxşı gənc oyunçusu seçilib

Tarix: 09 Nov 2026 20:23

İspaniyanın “Barselona” klubunun və ölkə millisinin müdafiəçisi Pau Kubarsi Avropanın ən yaxşı gənc futbolçusuna verilən “Golden Boy” mükafatına layiq görülüb.

Bu barədə mükafatın təsisçisi olan İtaliyanın “Tuttosport” nəşri məlumat yayıb.

Kubarsi ötən mövsüm “Barselona”nın heyətində İspaniya çempionu olub və ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Golden Boy” mükafatı 2003-cü ildə “Tuttosport” qəzeti tərəfindən təsis edilib. Mükafat hər il Avropa ölkələrinin yüksək liqalarında çıxış edən 21 yaşadək ən yaxşı futbolçuya təqdim olunur.

2024-cü ildə bu mükafatın qalibi “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal olub.

Pau Kubarsi Barselona Golden Boy Tuttosport İspaniya futbol Lamin Yamal ən yaxşı gənc futbolçu

Mənbə: apa.az

Xəbər Lenti