ABŞ və Avropa fond bazarlarında əsas indekslər yüksəlib

ABŞ və Avropa fond bazarlarında əsas indekslər yüksəlib

Tarix: 10 Nov 2026 09:04

Dünya fond bazarlarında müsbət dinamika qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, noyabrın 9-da ABŞ-da “Dow Jones” indeksi 1 104,02 bənd və ya 2,15% artaraq 52 389,75 bəndə yüksəlib. “S&P 500” indeksi 173,08 bənd və ya 2,35% bahalaşaraq 7 549,94 bəndə, “Nasdaq Composite” indeksi isə 673,72 bənd və ya 2,74% artaraq 25 253,14 bəndə çatıb.

“NYSE Composite” indeksi 2,18% yüksələrək 24 472,62 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 1,84% artaraq 36 446,25 bənd təşkil edib.

Avropa fond bazarlarında da bütün əsas indekslər yüksəlib. “Euro Stoxx 50” indeksi 1,94% artaraq 6 290,45 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi isə 1,02% yüksələrək 10 782,87 bəndə çatıb.

Almaniyanın “DAX” indeksi 1,73% artaraq 26 267,19 bənd, Fransanın “CAC 40” indeksi 1,16% yüksələrək 8 233,30 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,93% bahalaşaraq 19 742,50 bənd təşkil edib.

Asiya-Sakit okean regionunda da müsbət dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 1 417,97 bənd və ya 2,41% artaraq 60 193,47 bəndə, “TOPIX” indeksi isə 1,84% yüksələrək 3 888,53 bəndə çatıb.

Honq-Konqun “Hang Seng” indeksi 0,29% artaraq 24 518,87 bəndə, Çinin “CSI 300” indeksi isə 0,07% yüksələrək 4 058,95 bəndə çatıb.

Avstraliyanın “S&P/ASX 200” indeksi 1,18% artaraq 9 136,20 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 1,78% yüksələrək 249,82 bəndə çatıb.

Analitiklərin qiymətləndirmələrinə görə, dünya fond bazarlarında yüksəlişə neft qiymətlərinin kəskin ucuzlaşması və ötən həftəki satışlardan sonra texnologiya səhmlərinin bərpası təsir göstərib.

Rahim Tarıverdiyev birja indeks fond bazarları ABŞ Avropa Asiya

Mənbə: apa.az

Xəbər Lenti