Qazaxda avtomobil yanıb

Qazaxda avtomobil yanıb

Tarix: 10 Nov 2026 10:52

Qazax şəhərində avtomobildə yanğın baş verib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus “QAZ-24” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.

Mənbə: apa.az

Xəbər Lenti