Filippində göyərtəsində altı əcnəbinin olduğu özəl təyyarə qəzaya uğrayıb

Filippində göyərtəsində altı əcnəbinin olduğu özəl təyyarə qəzaya uğrayıb

Tarix: 10 Nov 2026 10:38

Filippinin cənubunda göyərtəsində altı xarici ölkə vətəndaşın olduğu özəl təyyarə qəzaya uğrayıb.

Bu barədə “Reuters” ölkənin fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, sərnişinlərin və ekipaj üzvlərinin taleyi hələlik məlum deyil.

Cənubi Davao əyalətinin Diqos şəhərindəki fövqəladə hallar xidmətinin əməkdaşı Comar Kalyedonun sözlərinə görə, qəza yerində xilasetmə əməliyyatı aparılır.

Hadisənin səbəbləri və təyyarədə olan şəxslərin kimliyi barədə hələlik məlumat verilməyib.

İlqar Xudiyev Filippin özəl təyyarə qəzası

Mənbə: apa.az

Xəbər Lenti