Antalya və İzmirdə meşə yanğını baş verib

Tarix: 20.07.2024 18:51

Antalyada meşə yanğını qeydə alınıb.

APA “CNN Türk”ə istinadən xəbər verir ki, Konyaaltı rayonunda meşəlik ərazidə baş verən yanğına havadan və qurudan müdaxilə edilir.

Yanğının söndürülməsinə 3 təyyarə, 2 helikopter, 5 su tankeri, 2 su təchizatı maşını və çoxlu sayda yanğınsöndürən qüvvə cəlb olunub.

İzmirin Buca rayonunda da meşə yanğını baş verib. Yanğını söndürmək üçün əraziyə 2 təyyarə, 4 helikopter, 15 su tankeri, 5 su təchizatı maşını göndərilib.

Yanğınlara havadan və qurudan müdaxilə davam edir.

Xəbər Lenti