- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 21.07.2024 01:22
NATO nümayəndələri başa düşməlidir ki, alyans Ukrayna Silahlı Qüvvələrini silahla təmin etməklə Ukraynada qalib gəlməyəcək.
APA xəbər verir ki, bunu Nikaraqua Prezidenti Daniel Orteqa Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşündə bildirib.
Orteqa həmçinin qeyd edib ki, alyansın Ukraynaya dəstək məqsədi daşıyan bütün hərəkətləri NATO-nun qələbəsini yaxınlaşdırmadan münaqişəni daha da gərginləşdirir.