Çərşənbə axşamı, 20 Yanvar, 2026
Tarix: 21 Jul 2024 14:02
Son sutka ərzində Qəzza zolağında 64 fələstinli ölüb, daha 105 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.
Beləliklə, İsrail Ordusunun 2023-cü ilin oktyabrından Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində ölənlərin sayı 38 983 nəfərə, yaralananların sayı 89 727 nəfərə çatıb.