Peskov: Bizim üçün ABŞ-dakı prezident seçkiləri önəm daşımır

Tarix: 21.07.2024 23:36

"Bizim üçün ABŞ-dakı prezident seçkiləri yox, Ukraynadakı xüsusi hərbi əməliyyatların məqsədinə çatması daha çox önəm daşıyır".

APA "gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O həmçinin ABŞ-da prezident seçkisinə qalan müddət ərzində bir çox dəyişikliklərin baş verə biləcəyini ehtimal edib.

D. Peskov bundan sonra ABŞ-dakı seçki ətrafındakı hadisələri diqqətlə izləməyi məsləhət görüb.

Xəbər Lenti