Əlilliyi olan 15 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Tarix: 22.07.2024 10:17

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 15,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib.

Nazirlikdən APA-ya bildirilib ki, onlardan 979 nəfəri stasionar, 10 min nəfəri ambulator, 941 nəfəri icma əsaslı, 3,3 min nəfəri onlayn, 118 nəfəri ippoterapiya, 253 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Xəbər Lenti