Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub

Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub

Tarix: 13 Nov 2026 00:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub.

APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu vurğulandı, iqtisadi-ticari, enerji və digər sahələrdə əməkdaşlığın inkişafı üçün daha böyük potensialın mövcudluğu qeyd edilib.

Azərbaycanın və Litvanın dövlət başçıları regional sülh gündəliyi, ikitərəfli münasibətlər və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Ramiz Mikayıloğlu

Mənbə: apa.az

Xəbər Lenti