Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib

Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib

Tarix: 13 Nov 2026 03:02

“Kiyev Rusiya ilə müharibənin başa çatdırılması üzrə danışıqlarda bu il konkret nəticələr əldə etməyə ümid edir. Lakin bu, böyük ölçüdə ABŞ-ın Moskvaya münasibətindən asılıdır”.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski İrlandiyanın Baş naziri Maykl Martinlə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Biz genişmiqyaslı hücumlarla üz-üzəyik. Əlbəttə, ilin sonunadək nəticə əldə etmək istəyirik və bunun baş verməsi üçün əlimizdən gələni edəcəyik”, – Zelenski bildirib.

O qeyd edib ki, çox şey sabah ABŞ və Rusiya tərəfləri arasında dialoqun formatından asılı olacaq. Zelenskinin sözlərinə görə, mövcud vəziyyəti nəzərə alsaq, ABŞ da bu il nəticə əldə etməkdə maraqlıdır.

Zelenski Ukrayna

Mənbə: apa.az

Xəbər Lenti