Bazar ertəsi, 1 Dekabr, 2025
Tarix: 24.07.2024 17:15
Moskvada avtomobili partladan şəxsin Türkiyəyə qaçdığı məlum olub.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
Xidmət rəhbəri onun Rusiyaya ekstradisiyası barədə sualı da cavablandırıb. O bildirib ki, hazırda həmin şəxsin həbs olunması üçün Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə iş aparılır.
Qeyd edək ki hadisə şəhərin Sinyavinskaya küçəsindəki yaşayış binasının yaxınlığında baş verib. Nəticədə iki nəfər yaralanıb.