Tramp Texasda hərbi bazada 13 nəfəri öldürən şəxsin edamına razılıq verib

Tramp Texasda hərbi bazada 13 nəfəri öldürən şəxsin edamına razılıq verib

Tarix: 06 Oct 2026 10:49

ABŞ Prezidenti Donald Tramp ABŞ hərbçilərinə atəş açan Nidal Malik Hasanın güllələnərək edam edilməsinə razılıq verib.

APA xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Şan Parnell bildirib.

Onun sözlərinə görə, edamla bağlı təklifi müharibə naziri Pit Heqset irəli sürüb və Tramp da bu təklifi qəbul edib.

Qeyd edək ki, keçmiş hərbçi Nidal Malik Hasan 2009-cu ildə Texasda hərbi bazada silahsız ABŞ hərbçilərinə atəş açıb. Nəticədə 13 nəfər ölüb, 32 nəfər isə xəsarət alıb.

Toğrul Quluzadə ABŞ Tramp edam

Mənbə: apa.az

Xəbər Lenti