Kamçatkada helikopter qəzaya uğrayıb, 3 nəfər yaralanıb

Kamçatkada helikopter qəzaya uğrayıb, 3 nəfər yaralanıb

Tarix: 06 Oct 2026 11:52

Rusiyanın Kamçatka diyarında Mi-8MTV-1 helikopterinin qəzaya uğraması nəticəsində üç ekipaj üzvü xəsarət alıb.

"İnterfax" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 6-da Jupanova çayının sahilində yerləşən turizm bazasına helikopterin enişi zamanı baş verib. Helikopter aşıb və nəticədə zədələnib.

Helikopter “Kamçatka Aviasiya Müəssisəsi”nə məxsus olub və Petropavlovsk-Kamçatski – Jupanova bazası – Petropavlovsk-Kamçatski marşrutu üzrə uçuş həyata keçirib.

Rusiya Kamçatka helikopter qəzası

Mənbə: apa.az

Xəbər Lenti