Cümə axşamı, 9 Aprel, 2026
Tarix: 09 Apr 2026 16:01
İran “Buşehr” Atom Elektrik Stansiyası (AES) layihəsinin mümkün qədər tez yenidən işə salınması imkanlarının axtarılması ilə bağlı Rusiyanın dövlət atom enerjisi korporasiyası olan “Rosatom”a müraciət edib.
“Vesti” kanalının verdiyi xəbərə görə, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib.
“Mənə İranın atom sənayesinin rəhbəri, bu ölkənin vitse-prezidenti müraciət edərək layihəni mümkün qədər tez yenidən işə salmaq, işə başlamaq imkanlarını axtarmağı xahiş etdi və biz buna mənəvi cəhətdən hazırıq. Aydındır ki, mövcud şərait hələ buna imkan vermir, lakin mənim fikrimcə, İranın atom sənayesindən gələn belə bir siqnal müəyyən dərəcədə nikbinlik yaradır”, - Aleksey Lixaçev qeyd edib.
Onun sözlərinə görə, hazırda AES-də təxminən 128 “Rosatom”un mütəxəssisi qalır və korporasiya hələ ki, növbəti evakuasiya dalğasını planlaşdırıb.
Emil İsmayılov İran Rusiya Buşehr Rosatom