- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 25.07.2024 10:58
Oğuz rayonunda yağan güclü leysan bir sıra problemlərə səbəb olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün günorta saatlarından başlayaraq Oğuz rayonu ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Güclü yağış nəticəsində rayon mərkəzindən 40-50 km məsafədə yerləşən Xaçmaz və Filfilli kəndlərinə sel gəlib.
https://t.me/apa_az/86321Qala çayından və kənd daxili çaylardan sel keçib. Çaylar məcrasından çıxıb, sel suları kənd daxili yolları yuyub, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib, ev quşlarını sel aparıb. Selin yolları yuması səbəbindən rayon mərkəzinə gediş-gəlişdə problemlər yaranıb.
Filfilli kəndindən 8 km uzaqda yerləşən Xaçmaz kəndində də bir sıra fəsadlar yaranıb. Hazırda ərazidə yağışlı hava şəraiti davam edir.