- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 25.07.2024 12:04
Azərbaycan vahid sağlamlıq yanaşmasını tətbiq etmək üçün milli tədbirlər planında və qanunvericiliyin hazırlanmasında bunu nəzərə almalıdır.
Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreeva jurnalistlərə açıqlaması zamanı APA-nın sualına cavab olaraq deyib.
O bildirib ki, vahid sağlamlıq yanaşmasının tətbiqi üçün ən yaxşı nümunə qurumlar arası işçi qrupların yaradılmasıdır.
"Bu işçi qrupunda Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar və o cümlədən vətəndaş cəmiyyəti təmsil oluna bilər. Bu da Azərbaycanın vahid sağlamlıq sisteminə olan marağının bariz nümunəsi olacaq. Bu il COP29-da səhiyyə sahəsi də müzakirə olunacaq və Azərbaycan bu sessiyalar zamanı vahid sağlamlıq sisteminə olan yanaşmasını nümayiş etdirə bilər" - deyə o əlavə edib.