Meike van Ginneken: Niderland və Azərbaycan su idarəçiliyi baxımından oxşar ölkələrdir

Tarix: 25.07.2024 16:17

"Niderland da Azərbaycan kimi sahilyanı ölkədir belə halda deməli, bizim oxşar problemlərimiz var".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Niderlandın su məsələləri üzrə xüsusi elçisi Meike van Ginneken deyib.

"Niderland və Azərbaycan su idarəçiliyi baxımından oxşar ölkələrdir. Biz sahilyanı ölkələrik və delta ölkələriyik. Beləliklə, Niderlandın su idarəetməsi, texnologiyası, məlumatları bölüşə biləcəyi zəngin təcrübəsi var. Sizin də su ehtiyatlarınızı idarə etmək üçün, həmçinin suyun çirklənməsinə nəzarət baxımından təcrübəyə ehtiyacınız var. Amma biz həm də Azərbaycandan öyrənə bilərik, çünki burada da bizim üçün faydalı olan təcrübə var", - deyə o bildirib.

Xəbər Lenti