- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 25.07.2024 18:16
“Bu dağıntılar, bu mənzərə mənə yad deyil. Mən Azərbaycan xalqını çox yaxşı anlayıram”.
APA-nın Qarabağ bürosu xəbər ki, bunu dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyətinin tərkibində Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Kosovodan olan səyyah Vjollca Nivokazi Ağdamda deyib.
Kosovo səyyahı Ağdan Şəhidlər xiyabanında göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, dünya miqyaslı 4 böyük səyyah klubundan biri olan - MTP (Most Traveled People) səyahət klubunun 35 nəfərlik geniş heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində bu gün Şuşa və Ağdamda olub.