Cümə axşamı, 19 Noyabr, 2026
Tarix: 18 Nov 2026 13:36
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.
"APA-Economics" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.
"Ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdük. Azərbaycan - Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərini, ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdik. Ortaq iqtisadi maraqlarımızın reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi üçün birgə fəaliyyətin əhəmiyyətini vurğuladıq,"- paylaşımda qeyd olunub.
İlahə Səlimova Mikayıl Cabbarov Mariam Kvrivişvili Gürcüstan iqtisadi əməkdaşlıq Azərbaycan


Mənbə: apa.az