Almaniyanın XİN rəhbəri Paşinyan və Mirzoyanla görüşü barədə paylaşım edib

Almaniyanın XİN rəhbəri Paşinyan və Mirzoyanla görüşü barədə paylaşım edib

Tarix: 18 Nov 2026 20:08

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşü barədə paylaşım edib.

APA xəbər verir ki, nazir paylaşımında bildirib:

“Ölkəniz və region üçün sülh perspektivləri sizin liderliyinizlə açılıb, əziz Nikol Paşinyan. Sizinlə və xarici işlər naziri Ararat Mirzoyanla İrəvanda görüşmək mənim üçün şərəf idi. Sizi və ölkənizin cəsarətli xalqını təqdir edirəm. Almaniya və Ermənistan arasında sıx əlaqələri bundan sonra da dərinləşdirməyə davam edəcəyik”.

Firuzə Vahid

Mənbə: apa.az

Xəbər Lenti