Çərşənbə, 18 Noyabr, 2026
Tarix: 18 Nov 2026 19:48
Noyabrın 18-də Şuşa şəhərində “Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026” tədbirinin yekunlarına həsr olunan bağlanış mərasimi keçirilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Tacikistan, Özbəkistan, Pakistan, Qırğızıstan, Qazaxıstan, İran və Əfqanıstanın nümayəndə heyətləri iştirak ediblər.
Tədbir çərçivəsində İƏT-ə üzv ölkələrin turizm potensialını, zəngin mədəni irsini və turizm imkanlarını əks etdirən sərgi təşkil olunub. İştirakçı ölkələr öz milli stendlərində turizm imkanlarını təqdim ediblər.
Mərasimdə il ərzində Şuşanın İƏT-in turizm paytaxtı statusu çərçivəsində ev sahibliyi etdiyi tədbirlər və həyata keçirilən fəaliyyətlər barədə hesabat xarakterli təqdimat da nümayiş etdirilib.
Tədbirin mühüm məqamlarından biri Şuşanın 2026-cı il üzrə İƏT-in turizm paytaxtı statusunun başa çatması və 2027-ci il üçün bu titulun Pakistanın Lahor şəhərinə verilməsi olub.
Bağlanış mərasimi konsert proqramı ilə başa çatıb.
***
16.27
Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, mərasimdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan və Türkmənistanın nümayəndə heyətləri iştirak edirlər.
Bağlanış mərasimi çərçivəsində İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə turizm sərgisi də təşkil olunub.
Elgün Gəncimsoy Şuşa İƏT turizm paytaxtı mərasim











Mənbə: apa.az