Çərşənbə, 18 Noyabr, 2026
Tarix: 18 Nov 2026 19:46
Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan VAZ markalı minik maşını ilə digər avtomobil toqquşub. Qəza zamanı 3 nəfər hadisə yerində ölüb, xəsarət alanlar da var.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Fuad Nazimoğlu
Mənbə: apa.az