Çərşənbə, 18 Noyabr, 2026
Tarix: 18 Nov 2026 17:56
Seneqal sahillərində Avropaya getmək istəyən miqrantları daşıyan qayığın batması nəticəsində 50-dən çox insan itkin düşüb.
Bu barədə Seneqalın “SeneNews” portalı məlumat yayıb.
Məlumata görə, Saint-Louis şəhərindən Avropaya doğru hərəkət edən miqrant qayığı Seneqalın Yenne kommunasında, Todd çimərliyi yaxınlığında aşıb.
Hadisə nəticəsində 50-dən çox sərnişin itkin düşüb. İlkin məlumata əsasən, yalnız bir nəfər sağ xilas edilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Hadisə ilə bağlı itkin düşənlərin dəqiq sayı və qəzanın bütün təfərrüatları hələ müəyyənləşdirilməyib.
İlqar Xudiyev Seneqal miqrantlar qayığın aşmasıMənbə: apa.az