Kvrivişvili: Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik

Kvrivişvili: Azərbaycanla yeni iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etdik

Tarix: 18 Nov 2026 19:22

“Azərbaycana rəsmi səfərimiz çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında fəal və dinamik şəkildə inkişaf edən ticari-iqtisadi əlaqələri müzakirə etdik”.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili deyib.

Onun sözlərinə görə, görüşlər zamanı Gürcüstanla Azərbaycan arasındakı münasibətlərdə mövcud dinamikanı daha da gücləndirəcək yeni imkanlar nəzərdən keçirilib.

“Xüsusi diqqət ticarət, investisiyaların cəlb edilməsi və enerji sektorunda sıx əməkdaşlığın dərinləşdirilməsinə yetirildi. Bizi bu sahələrdə Azərbaycanla çox fəal tərəfdaşlıq birləşdirir”, - deyə nazir əlavə edib.

Mariam Kvrivişvili qeyd edib ki, Azərbaycana rəsmi səfəri iki ölkə arasında mövcud olan müsbət ticari-iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verəcək.

Cəmilə Babayeva Azərbaycan iqtisadi əməkdaşlıq Gürcüstan Baş nazirinin müavini Mariam Kvrivişvili

Mənbə: apa.az

Xəbər Lenti