Yeni hüquqi tənzimləmələrin tətbiqi ilə bağlı dövlət qulluğuna daxili müsahibə elanı ləğv edilib

Yeni hüquqi tənzimləmələrin tətbiqi ilə bağlı dövlət qulluğuna daxili müsahibə elanı ləğv edilib

Tarix: 18 Nov 2026 16:52

16 noyabrda dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv edilib.

Bu barədə APA-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının icrası, habelə dövlət qulluğu sahəsində yeni hüquqi tənzimləmələrin tətbiqi nəzərə alınaraq, 16 noyabr 2026-cı il tarixində elan edilmiş daxili müsahibə elanı ləğv olunub.

Məlumatda bildirilib ki, 2026-cı ilin sonunadək keçiriləcək müsahibələr zamanı namizədlərə əvvəlcədən elan edilmiş müsahibə proqramlarında əksini tapmış və “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanunu ilə qüvvədən düşmüş normativ hüquqi aktların yalnız Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsi ilə eynilik təşkil edən müddəalarından suallar veriləcək.

“Digər hüquqi aktlara və mövzulara aid olan hissədə namizədlərin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramları əsasında həyata keçiriləcəkdir”, - DİM-in məlumatında deyilir.

Dövlət İmtahan Mərkəzi DİM dövlət qulluğu imtahan

Mənbə: apa.az

Xəbər Lenti