“Brent” neftinin qiyməti artıb, "WTI" isə ucuzlaşıb

“Brent” neftinin qiyməti artıb, "WTI" isə ucuzlaşıb

Tarix: 19 Nov 2026 08:40

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,18% artaraq 1 barelə görə 92,12 ABŞ dolları təşkil edib.

“APA-Economics”in məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin dekabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,17% azalaraq 83,12 ABŞ dollarına bərabər olub.

Emil İsmayılov neftin qiyməti Brent WTI

Mənbə: apa.az

Xəbər Lenti