Cümə axşamı, 19 Noyabr, 2026
Tarix: 19 Nov 2026 08:24
Noyabrın 18-də dünya fond bazarlarında əsasən mənfi dinamika qeydə alınıb. ABŞ və Avropada əsas indekslərin əksəriyyəti geriləyib, Asiya-Sakit okean regionunda isə qarışıq nəticələr müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 561,25 bənd və ya 1,11% azalaraq 50 198,17 bəndə düşüb. “S&P 500” indeksi 16,90 bənd və ya 0,23% geriləyərək 7 323,63 bəndə enib. “Nasdaq Composite” indeksi isə 101,50 bənd və ya 0,42% artaraq 24 429,88 bəndə yüksəlib.
“NYSE Composite” indeksi 1,06% azalaraq 23 559,61 bənd, Kanadanın “S&P/TSX Composite” indeksi isə 2,09% geriləyərək 34 578,05 bənd təşkil edib.
Avropa fond bazarlarında bütün əsas indekslər ucuzlaşıb. “Euro Stoxx 50” indeksi 0,93% azalaraq 6 154,39 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 1,30% geriləyərək 10 551,17 bəndə düşüb.
Almaniyanın “DAX” indeksi 1,19% azalaraq 25 736,24 bənd, Fransanın “CAC 40” indeksi 0,85% geriləyərək 8 146,83 bənd, İspaniyanın “IBEX 35” indeksi isə 1,28% ucuzlaşaraq 19 373,30 bənd təşkil edib.
Asiya-Sakit okean regionunda qarışıq dinamika müşahidə olunub. Yaponiyanın “Nikkei 225” indeksi 496,85 bənd və ya 0,84% artaraq 59 521,13 bəndə, “TOPIX” indeksi isə 0,16% yüksələrək 3 830,27 bəndə çatıb.
Honq-Konqun “Hang Seng” indeksi 1,89% azalaraq 22 855,46 bəndə, Çinin “CSI 300” indeksi isə 0,49% geriləyərək 3 964,17 bəndə düşüb.
Avstraliyanın “S&P/ASX 200” indeksi 1,14% azalaraq 8 721,30 bənd təşkil edib. Regionun ümumi “MSCI AC Asia Pacific” indeksi isə 0,05% geriləyərək 244,83 bəndə enib.
Analitiklərin qiymətləndirmələrinə görə, fond bazarlarında enişə FED-in faiz artımı ilə bağlı sərt mövqeyi, dolların möhkəmlənməsi və süni intellekt sektorunun perspektivlərinə dair narahatlıqlar təsir göstərib. Avropada isə metal və neft qiymətlərinin ucuzlaşması mədənçıxarma və enerji şirkətlərinin səhmlərinə əlavə təzyiq yaradıb.
Rahim TarıverdiyevMənbə: apa.az