Beyləqanda maşın su arxına aşıb, bir nəfər ölüb, digəri xəsarət alıb

Beyləqanda maşın su arxına aşıb, bir nəfər ölüb, digəri xəsarət alıb

Tarix: 19 Nov 2026 09:26

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Bahar qəsəbəsində baş verib.

Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobili su arxına aşıb.

Hadisə nəticəsində sürücü ölüb, sərnişin 1967-cı il təvəllüdlü Həbib Kərimov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Emin Şirvanzadə qəza Beyləqan

Mənbə: apa.az

Xəbər Lenti