Şənbə, 21 Noyabr, 2026
Tarix: 20 Nov 2026 12:10
Ucarda yol qəzası olub, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı istiqamətində hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə "Toyota" magistraldan yolun kənarına çıxıb.
Qəza zamanı Ucar rayon sakini Kamran Eyubov, Göyçay rayon sakinləri - Rauf Məmmədli və Aynur Azəri xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Zahid Abışov Ucar yol qəza xəsarət


Mənbə: apa.az