Şənbə, 21 Noyabr, 2026
Tarix: 20 Nov 2026 22:37
Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi texnikanın birgə satın alınması üçün 1 milyard avro ayırmaq barədə razılığa gəlib.
APA xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
Vəsait pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, radar və radioelektron mübarizə avadanlıqlarının alınmasına sərf olunacaq.
Kallasın sözlərinə görə, Rusiya son 24 saat ərzində Ukraynada mülki şəxsləri öldürüb, Kiyevdə bir neçə səfirliyə ziyan vurub və Polşanın hava məkanını pozub.
“Əgər Moskva sülh istəyirsə, onun hərəkətləri bunun əksini göstərir”, – Kallas vurğulayıb.
Bildirilib ki, hərbi yardım çərçivəsində alınan avadanlıqlar 2027-ci ilin sonunadək Ukraynaya təhvil veriləcək.
Kallas Avropa UkraynaMənbə: apa.az