Azərbaycan parataekvondoçusu dünya çempionu olub

Azərbaycan parataekvondoçusu dünya çempionu olub

Tarix: 20 Nov 2026 11:51

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionu olub.

Apasport.az xəbər verir ki, Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında K44 kateqoriyasının 58 kq çəki dərəcəsində mübarizə aparan idmançımız qızıl medal qazanıb.

20 yaşlı paralimpiyaçımız 1/8 finalda hindistanlı Mohit Sinqhi, 1/4 finalda monqolustanlı Tyemirbyek Xaulyeti, yarımfinalda isə taypeylı Syao Syan-veni məğlub edərək finala yüksəlib.

Sabir həlledici görüşdə son Paralimpiya çempionu, israilli Asaf Yasuru üstələyərək dünya çempionu tituluna yiyələnib.

Sabir Zeynalov Azərbaycan parataekvondoçusu parataekvondo dünya çempionu dünya çempionatı

Mənbə: apa.az

Xəbər Lenti