Azərbaycanda magistral kəmərlər ilə bu il 32 mlrd. kubmetrdən artıq qaz nəql olunub

Azərbaycanda magistral kəmərlər ilə bu il 32 mlrd. kubmetrdən artıq qaz nəql olunub

Tarix: 20 Nov 2026 15:34

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 32 916,9 milyon kub-metr və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz az qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 57,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib.

Bildirilir ki, hesabat dövründə Cənubi Qafqaz boru kəməri ilə bu kəmərlə 18 869,9 mln. kubmetr qaz ötürülüb, bu da illik müqayisədə 1,4% azalma deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 40 235,6 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,3% azalma müşahidə olunub. Qaz nəqlinin 57,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 23 143,9 mln. kubmetr qaz ötürülüb (1,3%-lik artım olub).

Emil İsmayılov Dövlət Statistika Komitəsi Cənubi Qafqaz boru kəməri qaz ixracı

Mənbə: apa.az

Xəbər Lenti