Hindistanda torpaq sürüşməsində azı 41 nəfər həlak olub

Tarix: 30.07.2024 11:19

Hindistanda torpaq sürüşməsi nəticəsində ən azı 41 nəfər həlak olub, çox sayda yaralı var

APA "The Express Tribune" saytına istinadən xəbər verir ki, torpaq sürüşməsi Hindistanın cənubundakı Kerala ştatında baş verib.

Yerli medianın məlumatına görə, bölgədə əsas körpünün dağılmasından sonra xilasetmə əməliyyatlarında çətinlik yaranıb.

Ştatın səhiyyə naziri Veena Corc 70-dən çox insanın yaralandığını bildirib.

"Indian Express" qəzetinin yazdığına görə, çox sayda adamın Çaliyar çayında batdığı ehtimal olunur. Qeyd edək ki, Kerala güclü yağış və daşqınlara meyllidir, 2018-ci ildə bu ştatda daşqınlar zamanı 400-ə yaxın insan həlak olub.

Xəbər Lenti