- Bazar ertəsi, 23 Dekabr, 2024
Tarix: 30.07.2024 16:09
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 893.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3% və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19% və ya 61 milyon manat azalıb.
Qeyd edək ki, ötən ilin I yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.