Bazar ertəsi, 23 Noyabr, 2026
Tarix: 23 Nov 2026 10:44
Ələt Azad İqtisadi Zonasında hava limanının yükdaşıma qabiliyyəti 2 milyon tona çatdırılacaq.
APA xəbər verir ki, bunu Ələt Azad İqtisadi Zonası səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bu gün Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Ələt Azad İqtisadi Zonasında yaradılan hava limanının tikintisinin 2027-ci ilin ortalarınadək başa çatdırılması nəzərdə tutulur. Valeh Ələsgərovun sözlərinə görə, ilkin mərhələdə hava limanının yükdaşıma qabiliyyəti ildə 500 min ton təşkil edəcək. Gələcəkdə bu göstəricinin 2 milyon tona çatdırılması planlaşdırılır.
Valeh Ələsgərov qeyd edib ki, hava limanının yaradılması Ələt Azad İqtisadi Zonasının logistika və nəqliyyat imkanlarını genişləndirəcək, investorlar üçün əlavə imkanlar yaradacaq. Layihə Azərbaycanın regional nəqliyyat və logistika qovşağı kimi mövqeyinin gücləndirilməsinə də töhfə verəcək.
İlqar Xudiyev Ələt Azad İqtisadi Zonası hava limanının Azərbaycan İtaliya Valeh ƏləsgərovMənbə: apa.az