Zelenski Ukraynanın NATO-ya üzvlüyünü təhlükəsizlik zəmanətlərindən daha effektiv hesab edir

Zelenski Ukraynanın NATO-ya üzvlüyünü təhlükəsizlik zəmanətlərindən daha effektiv hesab edir

Tarix: 23 Nov 2026 16:27

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya tamhüquqlu üzvlüyünün müharibədən sonrakı təhlükəsizliyinin təmin edilməsi baxımından NATO-nun 5-ci maddəsinə bənzər ayrıca təhlükəsizlik zəmanətlərindən daha etibarlı və səmərəli olacağını bildirib.

“UNIAN” xəbər verir ki, bu barədə Zelenski bu gün Berlində keçirilən NATO Parlament Assambleyasının iştirakçılarına videomüraciəti zamanı danışıb.

“Əgər hazırda Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin müharibədən sonra sülh şəraitinin əsas şərtlərindən biri olduğu qəbul edilirsə və bəziləri bu zəmanətləri NATO-nun 5-ci maddəsinə bənzədirsə, onda açıq şəkildə demək olmazmı ki, Ukraynanı NATO-ya qəbul etmək daha effektiv olmazdı? Bu, hamımız üçün daha yaxşı, daha ucuz və təhlükəsizliyin qorunması baxımından daha etibarlı olmazdımı?”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna mümkün yeni Rusiya hücumu zamanı hansı ölkələrin Kiyevi müdafiə edəcəyini, müttəfiqlərin buna necə cavab verəcəyini və Ukrayna ərazisində əvvəlcədən hansı hərbi qüvvələrin yerləşdiriləcəyini bilməlidir.

İlqar Xudiyev Ukrayna Volodimir Zelenski NATO təhlükəsizlik zəmanətləri Rusiya-Ukrayna müharibəsi Berlin

Mənbə: apa.az

Xəbər Lenti