Bazar ertəsi, 23 Noyabr, 2026
Tarix: 23 Nov 2026 14:36
Avropa İttifaqı ilə Azərbaycan arasındakı tərəfdaşlıq konkret münasibətlərin möhkəmləndirilməsi üçün bir imkana çevrilməlidir və hesab edirik ki, Avropa İttifaqı tərəfindən münasibətlərə həmişə bürokratik baxış yox, siyasi baxış da olmalıdır.
APA xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında yarana biləcək problemlərin də həllinə çalışacaqlar: “Eyni fikir NATO-ya da aiddir, ona görə də hesab edirik ki, NATO ilə Azərbaycan arasındakı bu tərəfdaşlıq da möhkəmlənməlidir. Buna görə də öz üzərimizə düşəni edəcəyik, çünki əminik ki, Azərbaycan bu sülhməramlı rolu yerinə yetirərək, Avropanın təhlükəsizliyi üçün mühüm rol oynaya bilər. Ermənistanla sülhlə bağlı əldə edilmiş əsas razılaşma bu istiqamətdə atılan bir addımdır. Bu, bir dövrün qapanışıdır, qarşılığında isə indi bu sabitlik istəyi və həmçinin, bir ölkənin sabitliyi həm Avropaya, həm də NATO-ya təminat verir. Eyni fikir İtaliyaya da aiddir. Hansısa ölkənin stabilliyi investisiya şərtlərinin yaranması üçün əsas göstəricidir”, - XİN rəhbəri qeyd edib.
Firuzə Vahid Ceyhun Bayramov Antonio Tayani XİNMənbə: apa.az